UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" – "Qarabağ" oyunu böyük ekranda göstəriləcək.
Prosport.Az-ın məlumatına görə, fevralın 15-də keçiriləcək tərəflərin ilk oyununu 28 MALL-da yerləşən Rabitəbank kino zalında da izləmək mümkün olacaq.
Bu işin təşkili PFL tərəfindən təşkil ediləcək. AFFA, PFL rəsmiləri, futbol veteranları, Premyer Liqa, I və II Liqa klublarının rəsmiləri böyük ekrandan matçı izləmək fürsəti əldə edəcək.
Qeyd edək ki, matç 00:00-da başlayacaq.

