“Neftçi” PFK Azərbaycan futbolu tarixində daha bir ilkə imza atacaq.
Prosport.Az xəbər verir ki, klub “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” matçında Bakı komandasının ilk qolunun müəllifinin rəqib qapısından keçirdiyi top qolu vuran futbolçu tərəfindən imzalanacaq və klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq. Satışdan əldə olunan vəsait YAŞAT Fonduna (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu) ianə ediləcək.

