Rusiyanın "Dinamo" (Mahaçqala) klubunun baş məşqçisi Qurban Berdıyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Amma hansı komandanın onunla maraqlandığı açıqlanmayıb. Bildirilib ki, 71 yaşlı rusiyalı mütəxəssis bu gün hazırkı klubu ilə vidalaşacaq.
Qeyd edək ki, Qurban Berdıyev ötən ilin yayından "Dinamo"ya rəhbərlik edir. Onun "Rubin"də futbolçusu olmuş Ruslan Abışov hazırda onun yanında təcrübə keçir.
Onu da bildirək ki, "Sabah" bu gün rusiyalı Murad Musayevlə yollarını ayırıb. Həmçinin, Rusiya mətbuatının iddiasına görə, təcrübəli məşqçi Azərbaycan yığmasını da çalışdıra bilər.

