AFFA U-16 Liqasında keçirilmiş “Qəbələ” – “Qarabağ” matçında futbolçular arasında dava düşüb.
Prosport.Az xəbər verir ki, hadisə qarşılaşmanın 2-ci hissəsində baş verib.
Meydan sahiblərindən Rəvan Poladlı və Əfqan Əliyev, Ağdam klubundan isə Rəşid Tariverdiyev ilə Abdulaziz Cabbarlı 57-ci dəqiqədə rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Onların hər biri qarşıdakı 4 matçı buraxacaq.

