"Cəlilabad" komandası heyətini yeni basketbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dan olan əslən seneqallı Şeyx Kebeni transfer edib.
Daha əvvəl ABŞ və İspaniyada oynamış 26 yaşlı oyunçu "Cəlilabad"dan öncə Bolqarıstanın "Minyor" komandasında çıxış edib. 2.09 metr boya malik Şeyx hücum mövqeyində oynayır.

