“Qəbələ”nin legioneri Kleziu Bauke məşqlərə start verib.
Prosport.Az xəbər verir ki, o, komandanın məşqində fərdi hazırlaşıb.
Kleziu Mozambik yığmasının heyətində Afrika Millətlər Kubokunda zədələnib. Onun kubok matçında "Araz-Naxçıvan"a qarşı forma geyinməsi sual altındadır. Bərpa prosesi keçən nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya hələ də hazırlıqlardan kənarda qalıb.
Qeyd edək ki, “Qəbələ” sabah Azərbaycan kubokun 1/4 finalının ilk oyununda “Araz-Naxçıvan”ın qonağı olacaq.

