Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Müdafiədə oturmadılar, əksinə üstümüzə gəldilər" – Qurban Qurbanov
    30.01.2024 21:56:48

    "Qarabağ" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sabah"ı 7:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Futbolçularıma təşəkkür edirəm. Oyunun sonuna kimi dinamikanı qoruyub-saxladılar. Qarşımızda istəkli bir komanda var idi. Üstünlüyümüz etdiyimiz rotasiyalarda idi. Əvvəlki oyunumuzdan üç gün vaxt keçmişdi. "Kəpəz"lə matçda rotasiya etmişdik. Meydanda hazırlıqlı futbolçuların sayı bizdə daha çox idi. "Sabah" yorğun görünürdü. Buna baxmayaraq,bu komanda məğlub olmağı sevmir. Hesab 4:1, 5:1 olandan sonra da qapımızda xətli qol epizodları yaratdılar. Müdafiədə oturmadılar, əksinə üstümüzə gəldilər.

    - Aleksey İsayevin heyətdə olmamağının səbəbi nədir?

    - Aramızda centlmensayağı anlaşma olmuşdu ki, aramızdakı kubok oyunlarında Aleksey iştirak etməsin. Biz də danışığımıza əməl etdik.

    - Çempionatın ən güclü komandalarından birinə böyük hesabla qalib gəldiz. Bunu nə ilə əlaqələndirirsiz?

    - Belə hallar istənilən çempionatda həmişə olur. Hətta böyük oyunlarda belə nəticələr qeydə alınır. Biz arxayınlaşmalı deyilik. Bu gün belə hesab oldu, amma "Kəpəz"lə oyunda son saniyələrdə qələbə qazandıq. Futbolda bəzən bizim düşünmədiyimiz nəticələr olur.

    - Oyun ərzində temp aşağı düşmədi. Demək olar ki, komandanı "Braqa" ilə oyuna hazırlayırsız?

    - Ümumən oyunun tempini 90 dəqiqə qorumağa çalışırıq. Sadəcə, bəzən səni rəqib də buna məcbur edir. Açıq oyun gedəndə temp yüksək olur. Amma qapanan rəqiblərlə matçda tempi yüksək saxlamaq heç də asan deyil. Sevindirici hal odur ki, futbolçular məcbur olduqda sürətlərini qoruyub-saxlaya bilirlər. Bu gün biz sırf çempionat haqda düşünürük. "Braqa" da bu cür oyunu xoşlayır. Onlar hətta daha intizamlı, sürətli və səliqəli oynayır. Bu gün sürəti hücumda istifadə edə bildik. Amma "Braqa" ilə matçlarda ola bilər ki, biz bu sürətə müdafiədə tap gətirək. Bizi geriyə daha tez qayıtmağa məcbur edə bilərlər. Komandamdan daha artığını gözləyirəm. İl ərzində 4-5 belə oyun olur.

    - Zubir bu gün "10 nömrə" mövqeyində çox yaxşı idi. Sizcə, o hansı mövqedə daha effektivdir?

    - Zubir solda oynamasına baxmayaraq, mən ondan "10 nömrə" kimi də istifadə edirəm. Onda bu qabiliyyət var. Çox oyunlarda bizdə meydanda iki "10 nömrə" olur.

    - Mateus Silva 30-35 dəqiqə mərkəz müdafiəçisi kimi oynadı. Bunun səbəbi nə idi?

    - Bəzi oyunçular olur ki, onda o potensialı görürsən və bəzi oyunlarda lazım olanda ondan istifadə edə bilirsən. Mateus da onlardan biridir. Onu mərkəz müdafiəçisi kimi görmək mənim üçün maraqlı idi. Maksim də sağ cinah müdafiəçisi idi. Yavaş-yavaş mərkəz müdafiəçisi oldu. Sanki, Mateusda bu qabiliyyət var. 

    - Adama Diakabidə işıq görürsüz?

    - Onun futbolçu bacarıqlarına şübhə yoxdur. Sadəcə, Diakabinin bəzən mikrozədələri olurdu. Yaxşı səviyyəyə gəlib çatırdı, sonra zədə onu geri salırdı. Yanvar ayından sonra sağlam formada qayıdıb. Hələ ki, problemi olmayıb. Hiss olunur ki, idman formasını yaxşılaşdırır. Bu tempdə davam etsə, daha faydalı olar. Bu, baş versə, yenidən futbola qayıdar. Ən yaxşı vaxtlarında futboldan uzaq qalıb. Oynamamağı onun üçün böyük zərbə idi. Ustalığını lazım olanda dərhal göstərə bilir.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved