Azərbaycan Premyer liqasının son turunda “Qəbələ” ilə matçdan əvvəl keçirilən son məşqdə zədələnən “Neftçi”nin xorvat qolkiperi İvan Brkiç müalicə prosesini davam etdirir.
Prosport.Az xəbər verir ki, bir müddətdir ki, zədəli olan fransalı Kilan Lebon isə fərdi olaraq hazırlaşır.
Asiya Kobokunda dünən meydan sahibi Qətərə uduzaraq milli komanda ilə çıxışını başa vuran Ataa Caber isə orada bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.

