Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Vətənimə sevgimi əlimdən ala bilməzlər” – Qurban Qurbanov
    29.01.2024 15:52:26

    “Getdiyim yer haqda o qədər də danışmaq istəmirəm ki, niyə millidən ayrıldım. Altı illik danışıq oldu, sonra üç illik müqavilə imzalandı”.

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

    52 yaşlı mütəxəssis İTV-yə müsahibəsində Azərbaycan milli komandasından ayrılmasını xatırlayıb: “Bu sual mənə çox verilib. İstəyirəm ki, bir dəfəlik bilinsin. Mən millidən getmədim. Bu məsələ ilin sonunda İcraiyyə Komitəsində müzakirəyə çıxarıldı. Milliyə gələndə olduğu kimi gedəndə də iclas zaman kənarda qaldım. Qayda ilə mən olmadan müzakirə olundu. İşim müzakirə edildi və sonra bildirildi ki, səninlə yolları ayırırıq. Dərinliyə getmək istəmirəm və “oldu” dedim. Millidən getməyim belə oldu”.

    Qurbanov millinin baş məşqçi postuna dəvət edilməsi ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib: “Bir xeyli əvvəl belə yazılar çıxmışdı ki, AFFA-dan mənimlə əlaqə saxlayıblar. Yox, mənimlə heç kim əlaqə saxlamayıb, heç bir təklif olunmayıb. Bu yazıların haradan qaynaqlandığını bilmirəm. Bəlkə siyasi gedişdir, siyasi addımdır. Heç kimlə danışığım, görüşüm olmayıb. Ümumiyyətlə, milli komandanı müzakirə etməmişik. Eşitdiyimə görə, millidə yerli baş məşqçi olmamalıdır, sanki legioner təyin ediləcək. Ona görə İşçi Qrupu yaradılıb”.

    Mütəxəssis yığmada çalışdığı dövrdə böyük təcrübə topladığını qeyd edib: “Çox böyük futbol təcrübəm var. Həm futbolçu, həm məşqçi kimi təcrübəyə malikəm. Ən böyük təcrübəm millinin baş məşqçisi kimi çalışdığım bir il ərzində oldu. Futbola daha çox necə yanaşmalıyam və nələrə hazır olmalıyam. Bu müddət mənə futbolda keçirdiyim bütün illərin təcrübəsindən artıq oldu. Çox şey gördüm, çox çalışdıq. Həm insanlar, həm iş prinsipləri, həm tələblər fərqlidir. Uğur üçün insanların fikirlərinin üst-üstə düşməsi lazımdır. Hamının fikri o hədəfdə olmalıdır. Bu yoxdursa, uğur qazanıla bilməz. “Qarabağ”ın bugünkü uğuru da bundadır. Rəhbərlik, məşqçilər, futbolçular və işçilərimizin hədəfi eynidir. Amma AFFA-da bunu edə bilmədim. Fikirlər fərqli ola bilər. Heç nəyimiz alınmadı da demək olmaz. Bir məğlubiyyətimiz oldu. Yaxşı sistemimiz formalaşırdı. Bəzən alınmır. Mən və onların işi alınmadı. Heç kimi qınamıram”.

    Qurbanov yenidən milliyə qayıtmağın əleyhinə olmadığını etiraf edib: “Qarşıma məqsəd qoymamışam ki, mütləq milliyə getməliyəm. Belə hədəfim yoxdur. Söhbət Azərbaycan futbolundan gedir. Hər şey müzakirə olunmalıdır ki, Azərbaycan futboluna kim və nə faydalı ola bilər. Mənim iş prinsipimdə belə bir şey yoxdur ki, orda mənə qarşı pis oldular və yaxud da nə isə baş verdi, ora getməyəcəm. Bu, qarşımdakılara hörmətsizlik olar. Hansısa azarkeş nalayiq ifadə işlədibsə və ya rəhbər mənə narazılıq edibsə, mən vətənimə, işimə sevgimi əlimdən ala bilməz”.

    Qeyd edək ki, Qurbanov 2018-ci ildə Azərbaycan millisinin baş məşqçisi olub.

    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved