Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Braqa"ya qarşı oynamaq olar və oynayacağıq”" – Qurban Qurbanov
    29.01.2024 11:24:31

    “Braqa” çox ciddi rəqibdir. Portuqaliya təmsilçiləri avrokuboklarda həmişə ən məsuliyyətli klublardır”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

    Təcrübəli mütəxəssis İTV-yə müsahibəsində Avropa Liqasının pley-offunda qarşılaşacaqları “Braqa” haqda fikirlərini açıqlayıb: “Avropa nəhəngləri, İspaniya, İngiltərə, böyük "5-lik” klubları olsa da, Portuqaliya komandaları “Benfika”, “Portu” və digərləri də çox böyük uğurlar əldə edib. Onların avrokuboklara yanaşması başqadır. Hər şeyə real baxaq. Bizdən çox üstündürlər. Bu üstünlük həm çempionat, həm ölkə futbolu, həm struktur baxımından hərtərəflidir. “Braqa”nın oyun üslubu ilə maraqlanmışıq. Bu komandaya qarşı oynamaq olar və oynayacağıq”.

    Qurban Qurbanov “Braqa”nı çox güclü rəqib hesab etdiyini də bildirib: “Çox təhlükəli komandadır. “Braqa” istənilən rəqibi, hətta özündən güclü klubu da məğlub edə bilər. Çünki oyun fəlsəfələri elədir ki, yaxşı, sürətli, dinamik futbol göstərirlər. Həm də öz oyunlarından əl çəkmirlər. Hətta “Bayer” bəzi oyunlarda 4-lü, bəzən 5-li müdafiə oynayır. Amma “Braqa” öz oyun fəlsəfəsini daim yaxşılaşdırmağa çalışır. Çox istərdim ki, futbolçularımız bu matçda ürəklə, çəkinmədən yaxşı oyun göstərsinlər. Komandanı buna hazırlayırıq. Hədəfə çatmaq üçün öz oyun fəlsəfəndən əl çəkməməlisən. “Braqa” bizdən güclüdür və oyunumuzu müdafiədən quracağıq desək, matç başlamadan məğlub olarıq. Futbolçularda inam itəcək. Hədəfimiz odur ki, bu rəqiblə görüşlərdə düşüncələrimizdən əl çəkməyək. Ola bilər ki, məğlub olaq, istəyimiz alınmasın. Çempionatda istədiklərimizin 70-80%-i alınırsa, “Braqa” ilə görüşdə 20-30% ola bilər. Amma eybi yox, təki alınsın. Heç alınmamaqdansa, 20-30% alınsın. Bu gün 20-30-dursa, qarşıdakı matçlarda daha da artacaq. Azarkeşlərimiz üçün yaxşı oyun göstərmək istəyirik. Nəticə üçün hazırlaşacağıq”.

    Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved