Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Vaxt məhdudiyyəti var" – Miodraq Bojoviç
    28.01.2024 22:04:22

    "Neftçi" Azərbaycan Premyer Liqasının XX turunda doğma meydanda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyun gözlədiyimiz kimi ağır keçdi. "Qəbələ" xoşagəlməz vəziyyətdədir. Buna görə də onlar ilk hissədə müdafiəfə yaxşı oynadı. Həm rəqibin, həm də bizim qol vurmaq üçün imkanlarımız var idi. Məncə, yaxşı oyun keçdi. 2-ci hisssədə biz 1 qol vurduq. Rəqib azlıqda qaldı, ardınca 2-ci qol da gəldi. Düşünürdük ki, bu qollardan sonra oyunumuz daha rahat keçəcək. Amma əksi oldu. Nəticədə rəqibə qol vurmağa imkan yaratdıq. Sona qədər narahatlıq içində idik. Amma ən əsası qələbə qazandıq və 3 xalı əldə etdik.

    – Azər Salahlı ilk hissədə səhvlərlə yadda qaldı. Eyni mövqedə oynayan Azər Əliyev də tez-tez zədələnir. Bu mövqedə olan problemi necə aradan qaldıracaqsınız?
    – Sizinlə razı deyiləm. Azər Salahlı pis oynamadı. Bu onun mövqeyi deyil. Azər Əliyev zədəlidir deyə, Salahlını həmin mövqedə istifadə edirik. Əliyev artıq zədəsini sağaldıb və bu mövqedə rəqabət olacaq. Düşünmürəm ki, hər hansı yeni oyunçu komandaya cəlb olunacaq.

    – Sol cinahda Kilan Lebon, Reziuan Mirzov və Alfa Konte kimi oyunçular var. Sağ cinah isə Rəhman Hacıyevin ümidinə qalıb. Bu mövqe ilə bağlı nə düşünürsünüz?
    – Konte sağ cinahda oynayır. Sadəcə, bu gün belə əvəzetmə etdik.

    – Oyun planında müsbət və sizi narahat edən məqamlar hansılardır?
    – Bu komandanın keyfiyyəti var. Biz hazırda bir az səbir etməliyik. 24-cü gündür ki, bu işə başlamışıq. Bir az səbir edib keyfiyyəti artırmaq mümkündür.

    – Sıx qrafikə qədəm qoyursunuz. 10 gündə "Sumqayıt"la 3 dəfə qarşılaşacaqsınız. Eyni rəqiblə qısa müddətdə tez-tez üz-üzə gəlmək necədir?
    – Bu bizim işimizdir. Burada olan hər kəs peşəkardır. Əlbəttə ki, eyni komanda ilə ard-arda 3 dəfə oynamaq asan deyil. Amma biz peşəkarıq, işimizi icra edəcəyik.

    – Komanda uzun ötürmələrə daha çox bel bağlayır. Bu, rəqibə uyğun olaraq qurulan sistemdir?
    – Oyunda dərinliyi axtarmağa çalışırıq. Geriyə ötürmə atdıqdan sonra sürətli cinah oyunçularını hücuma cəlb etmək istəyirik. Ona görə də belə uzun ötürmələr olur.

    – Qarşınıza Premyer Liqada 2-ci olmaq və kuboku qazanmaq məqsədi qoyulub. Bu məqsədə çatacağınızdan əminsiniz?
    – Məncə, komanda keyfiyyətinə görə buna qadirdir. Bu tapşırığı icra etməyə çalışacağıq. Vaxt məhdudiyyəti var. Vaxtımız kifayət qədər olsa, buna nail olmaq mümkündür. Yerinə yetirə bilməsək, baxarıq görək, nələr baş verəcək.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved