Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "O, indiki durumda Premyer Liqada oynayacaq səviyyədə deyil" – Elmar Baxşıyev
    28.01.2024 20:49:54

    "Qəbələ" Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Dinamik oyuna şahidlik etdik. Komandamın göstərdiyi əzmkarlıqdan razı qaldım. Əlbəttə, nəticə yoxdur. Biz də başa düşürük ki, futbolda ən önəmli şey nəticədir. Son oyunlarda futbolçulardan istədiyimizi alırıq. Amma nəticə baxımından komanda istədiyinə çatmır. Daha çox çalışmaq lazımdır.

    – Sizcə, nəticələr niyə istədiyiniz kimi deyil?
    – Səbəb çoxdur. Burada səbəbləri saysam, vaxt çox gedər. Səhvlərimizi görürük. Hər oyunda qapında penalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa, şansın daha da az olacaq. Bunları azaltsaq, oyun planında daha da inkişaf edərik.

    – Penalti və qırmızı vərəqə epizodu barədə fikirləriniz necədir?
    – Biz səhvlər edirik ki, qapımıza penalti olur. Verdiyimiz səhv qərarlardan sonra rəqib bizi cəzalandırır.

    – Kristof Atanqana topu 1-ci dəfədə götürməyə çatinlik çəkir. Sizcə, əvəzedici heyətdən gənc qapıçı komandaya cəlb etmək olmaz?
    – Bu məğlubiyyəti Atanqanaya bağlamazdım. Həbib Hüşənov gənc futbolçudur, talantı var. Amma indiki durumda Premyer Liqada oynayacaq səviyyədə deyil. İnkişaf dönəmini keçməlidir. Öz yaşıdları ilə oynamaq ayrıdır, belə peşəkar səviyyədə oynamaq ayrı. 

    – "Qəbələ" üzü aşağı gedir. Nə etmək lazımdır ki, səhvlər dayansın və komanda müsbət istiqamət alsın?
    – Futbolda nəyisə sözlə həll etmək olmur. Daha çox güc sərf etməlisən, əzmkarlıq göstərməlisən ki, istədiyin nəticələri əldə edəsən. Futbolçularım təslim olamyıb. Hesaba baxırsınızsa, "Neftçi" qalib gəldi. Amma futbol baxımından heç heç kim deyə bilməz ki, "Neftçi" bu gün bizdən üstün idi. Biz səhvlər edirik.Uğurlu olmaq üçün daha məsuliyyətli olacağıq.

    – Azarkeşlərin qınağı, aqressiyası hiss olunur. Bunu necə qarşılayırsınız?
    – Normaldır. Azarkeşlərin iradını qəbul edirik. Sonuncu yerdə gedən komandadan azarkeş razı ola bilməz. Çox rahat təslim olmayacağıq.

    – Səbuhi Səfiyarlı klubun idman direktoru təyin olundu. Bu təyinatla bağlı fikirləriniz necədir?
    – Səbuhinin reklama ehtiyacı yoxdur. Bu klubda olub, öz sahəsi üzrə Azərbaycan futbolunda tanınmış insandır. O da komandaya öz gücünü verəcək.

    – Transfer pəncərəsinin bağlanmasına 9 gün qalıb. Müdafiəçi transferi istəyəcəksiniz?
    – Transfer xatirinə transfer olmasını mən istəmirəm. Sərəncamımda olan futbolçular var. heç kim Zurab Oçiqavaya, Lukas Afrikuya zəif futbolçu deyə bilməz. Ümid edirik ki, komanda toparlanıb nöqsanları aradan qaldıracaq və daha uğurlu olacaq.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved