Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Düşünürəm ki, kuboku qurban verməliyik" – Samir Abasov
    28.01.2024 19:32:18

    "Sumqayıt" Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularıma təşəkkür edirəm. Hücum xətti olmadan 1 xal qazanmaq heç də pis deyil. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox əziyyət çəkdik. Bu gün itkiləri saymaq istəmirəm.

    – Avrokuboklar zonasında qalmaq üçün planınız nədir?
    – Bu gün əlimizdə bayraq etməmişik ki, burada qalacağıq. Bizim üçün həddindən artıq çətin olacaq. Özünüz görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Çalışacağıq ki, realist yanaşaq. Bundan sonra da xallar itiriləcək. Panikaya düşməmək lazımdır. Bu gün olduğumuz yer bizi təzyiq altına salmalı deyil. Məqsədimiz avrokuboklar deyil. Əsas məqsəd komanda qurmaqdır. Boşluqlarımız çoxdur. Oyunumuz əvvəldən axıra kimi eyni tempdə getmir. Bu gün hücum xəttimiz, demək olar ki, yox idi. Olduğumuz yerdə qala bilsək, yaxşı olar.

    – Qarşıda "Neftçi" ilə oyununuz var. Hücum xətti olmadan çətinlik çəkməyəcəksiniz?
    – Hücumçumuz yoxdur demədim. Sadəcə, bu oyunda hücum xətti yox dərəcəsində idi. Növbəti matçda çalışacağıq ki, vəziyyəti düzəldək. Kubok və ya çempionat oyununu bölə bilmərik. Amma bölməliyik. Düşünürəm ki, kuboku qurban verməliyik. 13-14 nəfərlə 2 cəbhədə oynamaq çətindir. Getdikcə güc balansı 100% üzə çıxacaq. 17 gün ərzində eyni oyunçularla 5 oyun oynamaq... Bizim üçün yazılan qanundur. Realist olaq, 2 cəbhədə oynamaq çox pis nəticələnə bilər.

    – Rövlan Muradovun oyunundan nə dərəcədə razı qaldınız?
    – Rövlanın oyunundan razıyam. Uduzmaq istəmirdi. Bu, Rövlanda görünürdü. Canını qoyurdu. "Sumqayıt" kimi komanda üçün Rövlanın etdikləri mənim üçün çox xoşdur.

    – Transfer məsələləri ilə bağlı rəhbərliklə aranızda fikir ayrılıqları var?
    – Ümumiyyətlə transferdən danışmaq istəmirəm. Olacaqsa, gəlib oynayacaqlar. Dəfələrlə demişəm ki, transfer lazımdır.

    – Son açıqlamanıza görə danışmaq istəmirsiniz?
    – Xeyr, ümumiyyətlə danışmaq istəmirəm.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved