Azərbaycan Basketbol Liqasında XII tur başa çatıb.
Prosport.Az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Şəki"nin qonağı olub.
Şəki Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 72:65. Ən məhsuldar basketbolçular "Şəki"dən Vebster Simeus Vebster (15 xal, 13 ribaund), "Neftçi"dən Fukvan Nils (20 xal, 19 ribaund) olub.
Xallarının sayını 20-yə çatdıran "Neftçi" yenidən 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla 10-cu yerdədir.
Qeyd edək ki, XII turda "Xəzri" "Cəlilabad"ı (100:81), "Xırdalan" "Sabah"ı (107:103), "Sərhədçi" "Sumqayıt"ı (91:63), "NTD-İndiqo" isə "Gəncə"ni (94:80) məğlub edib. "Sabah", "NTD-İndiqo" və "Xəzri"nin 22 xalı var.

