Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onun durumu yaxşı deyil, həkimlər başına tikiş qoydu" – Qurban Qurbanov
    28.01.2024 00:06:49

    "Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Vacib 3 xal əldə etdik. Qarşımızda istəkli və ciddi rəqib var idi. Belə geridönüşlər futbolçulara inam verir. Azarkeşlərimizə təşəkkür edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XX turunun "Kəpəz"lə matçından (1:2) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:

    – Nədən narazı qaldınız?
    – Çox deməzdim. Narazı qaldığım bəzi epizodlar oldu. Qəbələdə, Gəncədə, Tovuzda yaxşı oyun göstərmək çətindir. Amma futbolçular ciddi və diqqətli idi. 

    – Buraxdığınız qolu necə şərh edərdiniz?
    – Şərh olunacaq bir şey yoxdur. Standard vəzityyətdir. Qapıçı ilə Bəhlul Mustafazadənin toqquşmasından sonra boşluq yarandı.

    – Yassin Benzyanın zədələndiyi epizodda qapıçıya qırmızı vərəqə verilməli idi? Futbolçunun durumu necədir?
    – Qərar hakimlərin olmalıdır. Məncə, həmin epizod qırmızı vərəqə idi. Amma paltardəyişmə otağında qapıçılarımız dedilər ki, orada qırmızı vərəqə yox idi. Benzyanın durumu yaxşı deyil, həkimlər başına tikiş qoydu. Baş gicəllənməsi var idi. Çox sərt zərbə aldı. Dəqiq durumu sabah bilinəcək.

    – Redon Cicanın zədəsi ciddidir?
    – Ciddi bir problem olmalı deyil. Yorğunluqdan əzələsində gərilmə oldu. Sabahkı müayinədən sonra dəqiq məlumat biləcəyik.

    – Rişard Almeydanın yerdə qaldığı epizodda Marko Veşoviç etiraza görə sarı vərəqə gördü. Bundan sonra Bədəvi Hüseynov onunla çox aqressiv danışdı. Onu bu davranışına görə əvəzlədiniz?
    – Bədəvidən heç nə olmaz. Qoy aqressiv davranmağı öyrənsin. Əvvəlcədən bu əvəzetməni planlaşdırmışdı. Sıx qrafikdəyik. Futbolçuları çox yormaq olmaz.

    – 2-ci yerdən 17 xal öndəsiniz. Belə durumda komandanı motivasiya etmək çətin deyil?
    – Deməzdim ki, təsir edir. Mənim tələblərim, proqramım olduğu kimi davam edir. Futbolçular da bunu ürəkdən yerinə yetirir. Nə qədər desək də, bəzən futbolçularda arxayınlıq olur. Amma bu o demək deyil ki, biz hər şeyi təmin etmişik.

    - Aleksey İsayev "Braqa" ilə oyunlara qədər komandaya uyğunlaşacaq?

    - İsayevin bizim tələblərimizə uyğunlaşmağa ehtiyacı yoxdur. Təcrübəli futbolçudur. Amma onu potensialı bu deyil. Daha da yaxşı olmalıdır. Komandamıza fayda verəcək futbolçudur. Gələcəkdə ondan daha yaxşısını tələb edəcəyik.

    - Xabi Alonso ilə görüşdükdən sonra onun adı "Liverpul"la hallanır. Görüş zamanı bu haqda danışdınız?

    - Yox. O barədə danışmadıq. Biz sırf işlə bağlı görüşmüşük.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved