Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İl ərzində hardasa 35-38-ə yaxın oyun idarə edirəm" – Əliyar Ağayev
    27.01.2024 13:14:46

    Azərbaycanlı FIFA referisi Əliyar Ağayev "Sportsman" jurnalı tərəfindən 2023-cü ilin ən yaxşı hakimi seçilib.

    Mükafatlandırmadan sonra Əliyar Ağayev Prosport.Az-ın suallarını cavablandırıb.

    – İlk dəfə bu jurnal tərəfindən mükafatlandırıldınız. Təəssüratlarınızı öyrənək...
    – Əlbəttə ki, hər bir mükafat şirin olur. 20 ildir ki, "Sportsman" tərəfindən mükafatlandırılma keçirilsə də, ilk dəfə onların nominasiyasında qalib ola bildim. Xüsusən sabiq referi Rüstəm Rəhimovdan mükafatı almağım daha xoş oldu.

    – Ötən il də Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğuda ilin ən yaxşı hakimi seçilmişdiniz. Bu mükafatlar sizi nə dərəcədə motivasiya edir?
    – Yenə qeyd etdiyim kimi, işinin bəhrəsini gördükdə o mükafat adama şirin gəlir. Biz də istəyirik ki, öz üzərimizdə işləyib ən azı nominasiya siyahısında yer alaq.

    – Özünüzdə ötən il neçə oyun idarə etməyinizə dair statistika varmı?
    – İl ərzində hardasa 35-38-ə yaxın oyun idarə edirik.

    – 2023-cü ildə ən yaxşı idarəçilik etdiyiniz oyun və zəif təsir bağışladığınız matç hansı olub?
    – Oyunları UEFA Çempionlar Liqası və ya digər yarışlara görə bölmək istəməzdim. Çalışırıq ki, hər bir oyunumuzu yüksək səviyyədə idarə edək. Çünki bizim yaxşı idarə etdiyimiz qarşılaşma növbəti matça təyinat almağımıza səbəb olur. Təbii ki, səhvlərimiz, uğursuz oyunlarımız da olur. Şükür Allaha ki, Avropada uğurlu oyunlar idarə edirik ki, yenə təyinatlar alırıq. Yəqin ki, ötən il ən yaxşı oyunum dekabrda Çempionlar Liqasının qrup mərhələsinin "Srvena Zvezda" – "Mançester Siti" matçı olub.

    – Avropa matçlarında demək olar ki, hər oyunda ya qırmızı vərəqə göstərirsiniz, ya da penalti təyin edirsiniz. Futbolçuların bu qayda pozuntularını nə ilə əlaqələndirirsiniz? Ola bilərmi ki, hakimin futbol ölkəsi olmayan Azərbaycandan olduğunu bilib, qaydaları pozmağa daha çox cəhd edirlər...
    – Mən də bu amilə fikir vermişəm. Niyəsə mənim idarə etdiyim oyunlarda futbolçular kobud oynayır. Səbəbini izah edə bilmərəm. Ancaq şükür Allaha ki, indiyədək avrokuboklarda verdiyim qərarlar yanlış olmayıb.

    Səbuhi Musa
       
     

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved