“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.
Prosport.Az xəbər verir ki, Səbuhi Səfiyarlı klubun idman direktoru vəzifəsinə təyin olunub.
Əvvəl də "Qəbələ" İK-da çalışmış S.Səfiyarlı klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.
Qeyd edək ki, Səbuhi Səfiyarlı hazırda menecerlik fəaliyyəti ilə yanaşı, II Liqada yarışan "Cəbrayıl" klubunun təsisçisidir.

