Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yazsalar ki, mən kosmosa uçmuşam, təəccüblənmərəm" – Şahin Diniyev
    26.01.2024 17:41:34

    "İlk hissədə yaxşı "Səbail" görmədik. İrəlidə kəskinlik çatışmır. Ucuz qollar buraxırıq. Bu məni çox üzür. Komandada zədəlilər də çoxdur. Yeni transferlərimiz də oynayır. Zamana ehtiyac var. 2-ci hissədən çox razıyam. Komandamı uğursuz saymıram. Qarşıda daha yaxşə "Səbail" görəcəyik. "Turan Tovuz" çox yaxşı motivasiya olmuşdu".

    Prosport.Az xəbər verir ki, bu sözləri  "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XX turunun "Turan Tovuz"la (1:3) matçından sonra keçirilmiş mətbuat konfransında deyib. Təcrübəli məşqçi jurnalistlərin suallarını da cavablandırıb.

    – "Turan Tovuz"un 2-ci qolu haqda nə deyə bilərsiniz?
    – Hakimlər də səhv edə bilər. Amma biz belə şeylərə köklənsək, itirəcəyik. Sonrakı proseslər mənasızdır. Məğlubiyyətin əsas səbəbi bizik. Səbəbi kənarda axtarsaq, bu bizə uğur gətirməyəcək. Uşaq səhvləri etdik. Amma komanda sınmadı. 2-ci qolu da vura bilərdik.

    – Otto Con müdafiəni çox rahat keçirdi. Bu, 5-li müdafiə oynamağınızla bağlı idi?
    – Düz qeyd etdiniz. Səbəb kimi demirəm. Amma bəzi futbolçular olmadığı üçün sistemi dəyişmişəm. 2-ci hissədə 4-lü müdafiəyə keçdik. Bundan sonra müdafiədə səhvlər olmadı. Yeni transferlər formasını bərpa etdikdən sonra ritmə düşəcəyik.

    – Sanki "Səbail"ə qarşı təzyiq var. Sizin oyunlarınız olan günlər mətbuatda hakimliklə bağlı fikirlər səsləndirilir. Sizcə, bu, düşününlmüş addımdır?
    – Mən uşaq deyiləm. Hamısını başa düşürük. Ötən il, bu il bizə qarşı nə qədər haqsızlıq oldu? Kim necə istəyir, elə də yazır. Bəzilərinin işi bundan ibarətdir. Gücümüzü ora sərf etmirik. Mən mətbuata, hakimliyə fokuslanmıram. Təzyiq altında oynamağa öyrəşməliyik.

    – Kərim Diniyevin şəxsi səbəblərə görə klubdan uzaqlaşdırıldığı deyilir. Bu nə dərəcədə doğrudur?
    – Sabah yazsalar ki, mən kosmosa uçmuşam, təəccüblənmərəm.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved