İtaliyanın "Napoli" klubu heyətinə yeni futbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, İngiltərə təmsilçisi "Aston Vila"dan Leander Dendonker icarəyə götürülüb.
28 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər Neapol təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Leander Dendonker "Aston Vila"nın heyətində cari mövsümdə keçirdiyi 15 matçda 1 qolla yadda qalıb.

