Seneqal millisinin baş məşqçisi Aliu Sisse Afrika Millətlər Kubokunun qrup mərhələsinin ən yaxşı məşqçisi seçilib.
Prosport.Az xəbər verir ki, 47 yaşlı mütəxəssisin rəhbərliyi altında Seneqal yığması turnirin qrup mərhələsinin hər 3 oyununda qalib gəlib. Seneqal yığması ümumilikdə 8 qol vurub, 1 qol buraxıb.
Qeyd edək ki, Sisse Aliunun komandası 1/8 finalda meydan sahibi Fil Dişi Sahili yığması ilə üz-üzə gələcək.

