Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Gəncə" çox təhlükəli rəqibdir" – Amerikalı basketbolçu
    26.01.2024 11:43:39

    "NTD-İndiqo"nun basketbolçusu Qrifin Remi klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az amerikalı basketbolçunun müsahibəsini təqdim edir: 

    – Son oyunda komanda "Sabah"a məğlub oldu. Həmin matçdan hansı təəssüratlar qaldı?
    – "Sabah"la oyundan sonra ikili hisslər keçirirəm. Bir tərəfdən, qələbə qazana bilmədiyimizə görə məyusuq. Digər tərəfdən, oyunda göstərdiyimiz cəsarət və xarakterlə fəxr edirəm. Bu mövsüm üçün böyük gözləntilərimiz var. Hər oyunda kimin rəqib olmasından asılı olmayaraq, qalib gəlmək şansımız olduğunu başa düşürük. Bu bizim üçün yaxşı təcrübə idi.

    – Qarşıda "Gəncə" ilə oyun var. Şansları necə qiymətləndirirsiniz?
    – Mövsümdə çox vacib bir mərhələ başlayır. Növbəti 3 oyun pley-off uğrunda mübarizə baxımından çox vacibdir. Cared Smol və Elşad Şirzadovun yoxluğunda işimiz daha da çətinləşir.

    – "Gəncə" çempionatın ən güclü komandası deyil, amma doğma divarlarda çox güclüdür…
    – "Gəncə" çox təhlükəli rəqibdir. Bu oyuna ciddi yanaşmasaq, nəticəsi heç də yaxşı olmayacaq. Rəqibin turnir cədvəlindəki mövqeyi bizi aldatmamalıdır, çünki son matçlarda yaxşı təsir bağışladılar. Onların məşqçisi yaxşı iş görür. "Gəncə" çox ciddi rəqibdir. 

    – Qeyd etdiyiniz kimi, çempionatın vacib mərhələsi başlayır. Çempionatda oynayan rəqibləri necə qiymətləndirirsiniz və onlar arasında hansı komandanı əsas rəqib kimi görürsünüz?
    – Hazırkı çempion həmişə xüsusi hörmətə layiqdir, çünki onlar bizim istədiyimizə nail olublar. Ancaq heç kimdən qorxmuruq. Biz heç bir komandaya əsas rəqib kimi baxmırıq. Sona qədər mübarizə aparırıq. Məşqlərdə tam güclə işləməsək, titul şansımız yoxdur. Amma çalışsaq, çempion olarıq.
     

    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Müsahibə

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved