"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Bayer" klubunun məşqini izləyib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı mütəxəssis məşqdən əvvəl Leverkuzen təmsilçisinin ispaniyalı çalışdırıcısı Şabi Alonso ilə söhbət edib.
İspaniyalı baş məşqçi "Braqa" ilə UEFA Avropa Liqasının pley-off matçında "Qarabağ"a azarkeşlik edəcəyini bildirib. Qurbanov isə öz növbəsində "Bayer"ə cari mövsüm Almaniya çempionu olmalarını arzulayıb.
Qurban Qurbanov məşq prosesini izlədikdən sonra Bakıya qayıdıb.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi ispaniyalı mütəxəssislə görüşərək fikir mübadiləsi aparıb.

