Həftəsonu Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bərpa edib.
Prosport.Az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqdə zədəli İsmail Azzaui, İqor Ribeyru və Orxan Əliyev, eləcə də “Qarabağ”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev yer almayıb.
Zədəlilərdən İsmail Azzauinin “Sumqayıt”la matçı buraxacağı dəqiqdir. Orxan Əliyevlə İqor Ribeyru isə həkim nəzarəti altında müalicələrini davam etdirir. Onların bazar günü keçiriləcək görüşə yetişdirilməsinə çalışılır.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu yanvarın 28-də, saat 15:00-da “Dalğa Arena”da baş tutacaq və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

