Dünya Minifutbol Federasiyası dünyanın ən yaxşı milli komandalarının reytinqini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisi 3 pillə irəliləyərək 3000 xalla 2-ci pilləyə yüksəlib.
1-ci yeri dünya çempionu Rumıniya komandası (4125) tutur. Mundialın bürünc mükafatçısı olan Macarıstan (2600) 3-cü, Qazaxıstan isə (2500) 4-cüdür.
Qeyd edək ki, Azərbaycan millisi ötən ilin sonlarında BƏƏ-də keçirilmiş dünya çempionatında 4-cü olmuşdu.