“Neftçi” klubunun zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, bəzi oyunçular Premyer Liqanın XX turunda “Qəbələ” ilə keçiriləcək görüşü buraxacaq.
Doğrudur, bir müddətdir ki, zədədən əziyyət çəkən Qara Qarayev artıq kollektivlə məşqlərə qatılır. Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edir.
Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı hazırda Fələstin millisinin düşərgəsindədir.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək. “Ağ-qaralar” hazırda 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

