"Bayern"in futbolçusu Dayo Upamekano zədələnib.
Prosport.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bundesliqanın XIII turunda təxirə salınan və ötən gecə keçirilən "Union"la matçda (1:0) sıradan çıxıb.
"Bayern"in baş məşqçisi Tomas Tuxel görüşdən sonra açıqlamasında fransalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib: "Upamekanonun sağalması günlər deyil, həftələr tələb edəcək".
Qeyd edək ki, Dayo Upamekano bu mövsüm "Bayern"in heyətində 22 matça çıxıb və 1 qol vurub.

