Afrika Millətlər Kubokunda növbəti baş məşqçi istefası gerçəkləşib.
Prosport.Az xəbər verir ki, Tunis yığmasını çalışdıran Jalel Kadri istefa verib. 52 yaşlı mütəxəssis bu barədə CAR-la matçdan (0:0) sonra keçirilən mətbuat konfransında məlumat verib.
Tunis seçməsi E qrupunu 2 xalla sonuncu pillədə başa vurub və turnirlə vidalaşıb.
Qeyd edək ki, Fil Dişi Sahili və Qana milli komandalarının da baş məşqçiləri istefaya göndərilib. Baxmayaraq ki, meydan sahibi Fil Dişi Sahili turnirdə hələ mübarizəsini davam etdirir.

