“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan “Braqa”nın daha bir futbolçusu komandadan ayrıla bilər.
Prosport.Az xəbər verir ki, “Betis” Portuqaliya təmsilçisinin ispaniyalı hücumçu Abel Ruisə elçi düşüb.
Əndəlusiyalılar ona “Bayer”ə keçməsi real görünən hücumçusu Borxa İqlesiyasın əvəzləyicisi kimi baxırlar.
Qeyd edək ki, qış transfer pəncərəsində heyətini gücləndirməyən “Braqa” Andre Ortanı “Olimpiakos”a, Migel Faleni “Marfa”ya, Andre Kaştrunu “Moreirenşe”yə satıb.

