Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubunda debüt edib.
Prosport.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi Antalyada Qazaxıstanın “Atırau” komandasına qarşı keçirdikləri yoxlama oyununa start heyətində başlayıb.
Rahil ilk hissədə meydanda olub. LKS isə 1:0 qalib gəlib.
Qeyd edək ki, Rahil Məmmədovun yeni komandası yanvarın 26-da Serbiyanın "Radniçki" komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

