Türkiyə Super Liqasında XXll turun matçları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" "Beşiktaş"ın qonağı olub.
Matç 0:0 hesabı ilə başa çatıb. Məhəmmədəliyev 90 dəqiqə meydanda olub. O, statistikaya əsasən matç ərzində 6 seyv edərək, komandasını real qol təhlükəsindən xilas edib.
Qeyd edək ki, "Adana Dəmirspor" 22 tura 31 xalla 6-cı pillədə qərarlaşıb.

