Portuqaliya liqa kubokunda yarımfinal matçları baş tutub.
Prosport.Az xəbər verir ki, ilk yarımfinal matçında "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" “Sportinq”lə qarşılaşıb.
"Braqa" evdə rəqibinə 1:0 qalib gələrək finala vəsiqə qazanıb. Yeganə qolu 65-ci dəqiqədə ispaniyalı hücumçu Abel Ruis vurub. Yarımfinalın digər cütündə isə "Benfika" "İşturil"lə oynayacaq.
Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə fevralın 15-də Portuqaliyada, 22-də isə Bakıda qarşılaşacaq.

