Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarşıda daha dinamik Aleksey görmək istəyirik" – Qurban Qurbanov
    24.01.2024 09:57:46

    "Futbolçularımı təbrik edirəm. Hələ tam idman formalarını bərpa etməsələr də, çox intizamlı oyun keçirdilər. Bu gün 90 dəqiqə onlardan eyni oyunu tələb edə bilməzdik. Çünki tam hazır deyillər. Qələbə üçün çox düzgün oyun oynadılar. Çox da istəkli idilər. Qarşımızda çox istəkli, dinamik komanda var idi. Rəqib çox sürətli oyunçulara malikdir. Vacib 3 xal qazandıq. Belə havada futbolçularda istər-istəməz özünü idarə etmək, oyunun içində olmaq o qədər də asan deyildi. Hər halda, çox lazım olan intizamlı oyun göstərdilər. Soyuq havada bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XlX turunun "Araz-Naxçıvan"la (3:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Aleksey İsayevin performansını necə dəyərləndirirsiniz?
    – Razı qaldım. Tez bir zamanda kollektivə, oyunumuza uyğunlaşdı. Amma biz qarşıda daha dinamik, komandaya daha fayda verəcək Aleksey görmək istəyirik. Bu potensial onda var. Bunu ondan tələb edəcəyik.

    – “Qarabağ” artıq “Braqa” ilə oyuna hazırlığa start verib?
    – Təkcə “Braqa” yox, mövsümün 2-ci mərhələsinə hazırlıqlarımızı davam etdiririk. İstəyirik ki, oyundan-oyuna daha yaxşı səviyyəyə gəlib çıxaq. Bunun içində “Braqa” da var. Qarşıdakı oyunlarda daha təmkinli, daha yaxşı oyun göstərməliyik ki, “Braqa” ilə matçda komanda daha yaxşı səviyyədə olsun. Bu oyunu taktiki baxımından yox, fiziki baxımdan yaxşı səviyyəyə gətirib çıxarmaq istəyirik.

    – “Qarabağ” qış hazırlığını adətən xaricdə keçirdi. Bu dəfə ölkəni tərk etmədiniz. Xaricə getməmək futbolçuların hazırlığına nə dərəcədə təsir göstərdi?
    – Ancaq yaxşı tərəfdən təsir göstərdi. Çünki il boyu futbolçular gərgin hazırlıq keçir. Avrokuboklara, çempionat matçlarına çıxdıq. Bizdə futbolçuların hər birindən tələblər böyükdür. Qrupa düşmək, qrupdan çıxmaq çox vacib idi. Futbolçularda psixoloji yorğunluq çox olur. Fiziki yorğunluğu tez bir zamanda aradan qaldırmaq mümkündür. Psixoloji yorğunluğu isə aradan qaldırmaq üçün düzgün proqrama ehtiyac oldu. Bakıda qalmağa gəldikdə, onsuz da vaxtımız az olacaqdı. Burada qaldıq. Futbolçular məşqlərə gəlib, daha sonra ailələrin yanlarına gedirdilər. İnanıram ki, bunun futbolçulara faydası çox oldu. İstər-istəməz Antalyada və yaxud da başqa yerdə olsaydıq, hazırlıq fərqli psixoloji formada gedəcəkdi. Bunları nəzərə alaraq, Bakıda qalmağa qərar verdik.

    – Adama Diakabi komandada qalacaq, yoxsa icarəyə göndəriləcək?
    – Maya qədər müqaviləsi var. Mövsümün sonuna qədər bizimlədir. Daha sonra gələcək planlar haqda düşünəcəyik.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved