Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz" – Azər Bağırov
    24.01.2024 09:44:35

    "Mənim üçün maraqlı oyun oldu. III və IV dövrə maraqlı olacaq. Komandaların hamısı güclənib. Yeni futbolçularımızdan, oyunçularımdan razı qaldım. “Qarabağ”ı təbrik edirəm və qarşıdakı matçlarda onlara uğurlar arzulayıram. Bu gün “Qarabağ”a qarşı oynayırdıq. Yeni yaranmış “Araz-Naxçıvan” avrokuboklarda rəqiblərini çökdürən “Qarabağ”a qarşı oynayırdı. Onlarla matçda boşluqlarımız görünməsə, mənim üçün gülünc olardı. “Qarabağ” səviyyəsində olan komanda ilə başabaş oynamaq... Bu komandanın avrokuboklardakı çıxışını nəzərə alıb, yorğunçuluqlarından istifadə edib futbol oynamaq olar. “Qarabağ” 20 ildən artıqdır ki, Azərbaycan futbolunda dominantlıq edir. 15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz. Uşaqlar çalışır, meydanda vuruşurlar. Gənclərimiz də meydanda oynadı. Onları burada sınamasaq, harada oynayacaqlar? Get-gedə onların da yaxşı performansını görəcəyik. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın XlX turunun "Qarabağ"la (3:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

    – Xarici oyunçular transfer edəcəksiniz?
    – Biz də istəyərdik ki, legioner dəvət edək. Araşdırmalarımız, seleksiyamız getmişdi. Sadəcə, son notlar lazımdır. Yaxşı oyunlarımız olsa, alınacaq. Əsas da hücum xəttinə oyunçu transferi fikirləşirik. Orada boşluqlar çoxdur. O komandayıq ki, rəqib qapısı qarşısında 3-4 epizod yaradıb, yararlana bilmirik. Bu da müdafiədə öz təsirini göstərir. Çox komandanın hücumunda rəngarənglik daha çoxdur. Bütün komandaların hücum xəttində daha çox oyunçuları var, nəinki müdafiəçilər.

    – 2-ci yarıda daha effektli oynadınız. Bütün oyunu belə oynamaq üçün nə çatışmadı?
    – Bu barədə çox danışmaq olar. “Qarabağ” icazə verdiyi zonalar var idi. Hansı ki, biz girə bilirdik. Çox yerdə qarşımızda sədlər var idi. Amma bu, alınan detallar, rəqibin yorğunçuluğu və ya bizim düzgün pressinqimizlə əlaqəli ola bilər. İlk hissə az alındı. Çünki “Qarabağ” daha rahat və hazırlıqlı idi.

    – Matçın hakim idarəçiliyi ilə bağlı mövqeyiniz necədir?
    – Hakimlərlə bağlı heç nə deyə bilmərəm. Onlar da gəncdir, öz üzərlərində işləyirlər. Heç kim də istəməz ki, meydanda səhv etsin. Biz də hərdən emosiyalara qapılırıq, yalandan nəsə deyirik. Stressimizi çıxartmaqdır, başqa bir şey deyil.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved