"Araz-Naxçıvan" klubu heyətini "Neftçi"nin yetirməsi ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, komanda Ramin Nəsirli ilə anlaşıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay+1 il” şərti ilə müqavilə imzalanıb.
“Neftçi”nin yetirməsi olan R.Nəsirli Latviyanın güclülər dəstəsində çıxış edən “Dauqavpils” klubunda bir müddət legioner həyatı yaşayıb. Ötən ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə Eldar Ələkbərovu “Sabah”dan icarəyə götürüb.

