"Atalanta"nın icraçı direktoru Luka Perkassi komandasının UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqiblərindən danışıb.
Prosport.Az xəbər verir ki, bu potensial rəqiblər arasında “Qarabağ” da var. Lukas Perkassi isə “Corriere Bergamo”ya açıqlamasında Ağdam təmsilçisi ilə qarşılaşma ehtimalına da toxunub:
"Bacarsaydım, artıq qarşılaşdığımız komandalardan qaçardım. Yeni rəqiblə qarşılaşmağımızı istərdim. Məsələn, "Sparta". Uzaq Azərbaycanda "Qarabağ"la qarşılaşmaq necə olardı? Hər yeni rəqib bizim üçün yaxşıdır".
Qeyd edək ki, "Atalanta" Avropa Liqasında 1/8 final mərhələsində pley-offun qaliblərindən biri ilə qarşılaşacaq. “Qarabağ” isə pley-off-da "Braqa" ilə üz-üzə gələcək. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

