Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Heyətimiz Premyer Liqada oynaya biləcək gücdədir" – "Şamaxı"nın məşqçisi
    22.01.2024 20:56:51

    "Şamaxı" Premyer Liqaya qayıtmağa əsas namizədlərdən biridir. Şirvan bölgəmizin klubu qış fasiləsindən öncəki turda MOİK üzərində 2:0 qalib gəlməklə bu iddiasını ortaya qoymuş oldu. Komandanı ötən aydan yeni baş məşqçi Ramiz Məmmədov çalışdırır. Onun gəlişi ilə nəticələr də (2 qələbə, 1 heç-heçə) yaxşılaşdı, məşqçilər heyəti də yeniləndi. Məşqçilər heyətində yer alanlardan biri də Mingəçevir futbol məktəbinin yetirməsi, "Qəbələ"nin sabiq qapıçısı Elnar Kərimovdur. 

    Hazırda "Şamaxı"nın qapıçılar üzrə məşqçilik funksiyasını yerinə yetirən Elnar Kərimovdan Prosport.Az müsahibə götürüb. 

    – Qış fasiləsinə yaxın sizin "Mingəçevir" komandasından ayrılıb, yenidən Türkiyənin həvəskar liqası olan BAL Liqində çıxış edəcəyiniz gözlənilirdi. "Şamaxı"ya keçidiniz necə alındı?
    – Mənim Türkiyədən real təklifim vardı. Sadəcə, sənəd məsələsi ilə bağlı problemlə üzləşmişdim. Bundan başqa, "İmişli" və "Karvan" da məni məşqçi işləməyə çağırırdı. "Karvan"la maaş məsələsində razılığa gələ bilmədim. "İmişli"yə isə "hə" demişdim. "İmişli" ilə Kubok oyunumuzdan sonra Mingəçevirə qayıdanda, "Şamaxı"ya baş məşqçi təyin olunmuş Ramiz Məmmədovdan zəng gəldi. Dedi ki, "Şamaxı"ya təyin olunmuşam, bura gəlməyini istəyirəm. "Qəbələ"də baş məşqçi işləyərkən, onun futbolçusu olmuşam. Dedim ki, məşqçi kimi də onunla işləmək mənə rahat olar. Belə oldu ki, artıq "Şamaxı"da işləməyə başladım.

    – "Mingəçevir"də adınız qapıçı kimi də iştirak ərizəsinə daxil edilmişdi. Hətta bir neçə oyunda meydanda oldunuz. "Şamaxı"da da adınızın oynayan məşqçi olaraq iştirak ərizəsinə daxil edilməsi nəzərdə tutulub?
    – Xeyr, burada buna ehtiyac yoxdur. 3 nəfər bir-birindən güclü qapıçımız var. "Mingəçevir"də ağır oyunlarda komandaya kmək etməli oldum. Bunlardan biri elə Şamaxıda indiki komandama qarşı matç idi. Burada sadəcə, qapıçılar üzrə məşqçilik edəcəyəm.

    – Ötən ay MOİK-i 2:0 məğlub etməklə 2-ci sıraya yüksəldiniz və Premyer Liqaya çıxmaq üçün yaxşı şans əldə etdiniz. Ancaq 1-ci sıradakı "Qaradağ Lökbatan"la aranızda 5 xallıq fərq var...
    – "Şamaxı"ya gəlişimdən çempionat və Kubok matçları ilə birgə 4 oyun keçib. MOİK-ə qarşı evdə yaxşı oynadıq, uşaqlar həmin matça yaxşı hazırlaşmışdı. "Qaradağ Lökbatan"la aramızda 5 xallıq fərq olsa da, hələ qarşıda qış fasiləsindən sonra 2 dövrə və 15 matç var. Onlar da bu müddətdə xal itirəcək. Hər iki komanda eyni gücdədir. Sadəcə, onlar şanslarından yararlanıb qələbə qazanmağı bacarıb, "Şamaxı" isə əvvəl lazımsız xal itkiləri ilə üzləşib. Premyer Liqada oynamaq və işləmək gözəl hissdir, hər bir məşqçinin arzusudur. Çox istəyərdim ki, "Şamaxı" Premyer Liqada olsun.

    – Qış fasiləsindən sonra ilk matçınız fevralın 8-də Mingəçevir şəhər stadionunda olacaq. Sabiq klubunuza qarşı üstəlik doğma şəhərdə rəqib kimi oynamaq necə hiss olacaq?
    – Həm Ramiz Məmmədov, həm mənlə Mehman Baxışov məşqçi kimi doğma şəhərimizə səfər edəcəyik. Bu, çox gözəl hissdir. Bizə çətin olacaq. I Liqada asan rəqib yoxdur. Onlar da bizə qarşı köklənəcək. Düzdür, qış fasiləsində "Mingəçevir"də bir neçə oyunçu komandanın sıralarını tərk edib. Ancaq yəqin ki, yeni transferlər ediləcək.

    – "Şamaxı"nın yeni transferləri barədə nə deyə bilərsiniz?
    – Roman Hüseynov "Mingəçevir"dən komandamıza qoşulub. Bildiyiniz kimi, o, "Qəbələ", "Sumqayıt" və "Kəpəz"lə Premyer Liqada çıxış edib. Dünən II Liqa klubu "Füzuli"yə 5:0 qalib gəldiyimiz oyunda qol da vurdu. Qapıçımız Əkbər Vəliyev ötən mövsüm Premyer Liqada çıxış edən "Şamaxı"nın heyətində vardı. Abdulla Seyidəhmədov "Zirə"nin qapıçılarından biri olub. O bəzi səbəblərə görə bir müddət futboldan kənar qalıb. MOİK-lə oyunda ona şans verdik, ümidlərimizi doğrultdu. 20 yaşlı Sahib Həsənov "Kəpəz"in əvəzedici komandasında olub. Arsen Ağcabəyov ötən mövsüm "Şamaxı"da olub, "İrəvan"a keçmişdi, yenidən komandaya qayıtdı. Bu heyətimizdə olan azərbaycanlı futbolçular Premyer Liqada oynaya biləcək gücdədir. Bir az da heyətimizə yerli futbolçu qatıb, Premyer Liqada normal oyun göstərmək olar.

    Səbuhi Musa

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved