Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bunu Barış Şimşəklə müzakirə etməyə hazıram" – Ayxan Abbasov
    22.01.2024 20:32:32

    "Oyunun çətin olacağını əvvəlcədən bilirdik. Hava şəraiti də ağır idi. Matça çox yaxşı başladıq. Oyuna nəzarət bizdə idi. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Sistemi dəyişdik. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. Çalışdıq ki, düzgün mübarizə aparaq. 2-ci hissədə topa nəzarət rəqibdə idi. 1 sürətli hücumla qol vurdular. Üzücü məğlubiyyətlə üzləşdik. Hələ oyunlar qabaqdadır. Növbəti matçlara hazırlaşmalıyıq. Hakimlik yenə çox zəif idi. Matçın 50-ci dəqiqəsində Vüsal Məsimova qırmızı vərəqə verilməli idi. Niyə VAR-a çağırmadılar? Barış Şimşəklə müzakirə etməyə hazıram. Bizimki də eyni epizod idi. VAR təəssüf ki, baş hakimi çağırmadı. Faiq Hacıyevin epizodu daha yüngül idi. Bəs Vüsal Məsimova niyə qırmızı vərəqə verilmir? Daha möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIX turunun "Kəpəz"lə (2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

    – Faiq Hacıyev komandanı çətin vəziyyətdə qoydu. Onu cəza gözləyir?
    – Oyun vəziyyəti idi. Bilərəkdən olan bir şey deyil. O da təcrübə yığacaq.

    – Buraxdığınız ilk qolu necə şərh edərdiniz?
    – Qoldan qabaq əvəzetmə etmək istədim. Müdafiədə boşluqlar görünürdü. Rəqin Faiqin mövqeyindən hücumlar edirdi.

    – Martin Petkovla yollarınızı ayıracağınız barədə xəbərlər var...
    – Çox güman ki, yollarımızı ayıracağıq. Onun özünə və bizə aid səbəblər var. Martin perspektivli oyunçudur. Yaxşı başlamışdı. Amma sonra problemlər ona imkan vermədi. Yaxın günlərdə qərar olacaq.

    – "Neftçi"dən icarəyə götürdüyünüz futbolçuların performansı sizi qane etdi?
    – 2-nin də potensialı var. "Neftçi"də az şans qazanırdılar. Bizdə daha çox oynayacaqlar. Özlərindən də çox şey asılıdır. Bu gün əllərindən gələni etdilər.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved