Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Baş hakim VAR-da çox qəribə qərar verdi" – Rəşad Sadıqov
    22.01.2024 18:00:01

    "Oyunda çoxsaylı mübarizə getdi. Daha aktiv başlayan tərəf biz idik, yaxşı da qol fürsətləri əldə etdik. 30-35 dəqiqə oyun bizim bizim üstünlüyümüz şəraitində keçdi, daha sonra oyun bərabərləşdi. Həmin dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Çünki daha çox mübarizə gedirdi. Süni örtüklü meydanda oynayırdıq, şiddətli külək də var idi. Futbolçuların keyfiyyətli futbol nümayiş etdirməsinə mane olurdu. Amma hər iki komandanın futbolçuları çox istəkli idi. Buna görə də hər iki tərəfə alqış düşür. Qələbə qazanmaq üçün çox çalışdılar. Ancaq olmadı. Matçın əvvəlində yaxşı qol fürsətlərimiz var idi. Futbolçuların çıxışından razı qaldım. Qələbə üçün əllərindən gələni etdilər".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. O, Premyer Liqanın XIX turunun "Səbail"lə(0:0) matçından sonra keçirilmiş mətbuat konfransında danışıb. 

    – Rafael Utziq “Zirə” formasında ilk rəsmi matçına çıxdı. Onun çıxışını necə dəyərləndirirsiniz?
    – Müsbət dəyərləndirirəm. Özünü yaxşı tərəfdən göstərdi. Əslində, bu gün ilk dəqiqələrdən başlamasını istəməzdim. Amma məcburiyyətdən belə oldu, seçimimiz yox idi. Rüstəm Əhmədzadə də 5-6 gün idi ki, xəstələnmişdi, məşqləri buraxmışdı. Utziqlə yanaşı, digər yeni transferimiz Ceyhun Nuriyev də özünü yaxşı tərəfdən göstərdi. Tam optimal formalarını bərpa etmək üçün hər ikisinə də zaman lazımdır.

    – Onun əvəzlənməsi məcburiyyətdən irəli gəlirdi?
    – Bəli, ondan sonrakı dəqiqələr Utziqin meydanda qalması riskli id. Mübarizə aparırdı, istəkliydi. Hazır olmaması zədəyə apara bilərdi.

    – VAR-ın qərarına münasibətiniz necədir?
    – VAR-ın qərarı düz idi. Penalti epizoduna baxması üçün təcrübəli İnqilab bəy (oyunun VAR hakimi İnqilab Məmmədovu nəzərdə tutur – red.) baş hakimi VAR-a çağırdı. Amma baş hakim VAR-da çox qəribə qərar verdi. Açıq-aşkar futbolçumuzun ayağına zərbə vurulur, 2-ci sarı vərəqə, ardınca qırmızı verilməlidir. Nə qədər deyirik, danışırıq... "Zirə"nin oyunlarındakı bu cür qərarlar artıq 4-cü ildir ki, davam edir. Keçən il bir az azalmışdı. Mövsümün əvvəlində də az idi. Baxırsan ki, bu, istərsə də, "Qarabağ"la matçdakı qırmızı vərəqə epizodu... Bundan əvvəlki turlarda baş verən hadisələr... Bu qədər təsadüf ola bilməz.

    – Rüstəm Əhmədzadənin vəziyyəti nə yerdədir?
    – 
    Onsuz da hücum xəttində futbolçu qıtlığımız var idi. O da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə olmayacaq. Bu da bizim üçün əlavə problemdir. 3-4 gündən bir oyun gəlir, hər futbolçumuza ehtiyacımız var. Zədələnməsi bizi məyus etdi. Ancaq futbolun içində olan şeylərdir.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved