“Qarabağ”ın futbolçusu Leandru Andrade "Rubin"ə keçməyəcək.
Prosport.Az xəbər verir ki, kabo verdeli futbolçunun adı bir müddətdir Kazan klubu yanaşı hallanır.
Lakin Ağdam klubunun baş direktoru Asif Əsgərov Rusiya mətbuatına açıqlamasında bunu təkzib edib. O, Leandru üçün Kazan klubundan təklif gəlmədiyini söyləyib:
“Rubin”dən Leandru Andrade üçün heç bir rəsmi təklif almamışıq. Yalnız “Şanxay Şenxua” 1,5 milyon avrodan çox pul təklif edib".
Qeyd edək ki, Andradenin müqavilə müddəti 2025-ci il iyunun 30-dəkdir.

