Ötən ilin yanvar ayında "Qarabağ"dan "Ferentsvaroş"a keçən Ovusu Kvabenanın Macarıstan klubunu tərk edəcəyi gözlənilir.
Prosport.Az Macarıstan mətbuatına istinadən xəbər verir ki, qanalı hücumçunu Türkiyənin "Sivasspor" klubu heyətinə cəlb etməyə çalışır.
Mənbənin məlumatına görə, komandada çox az oyun şansı qazanan futbolçuya digər klublarla danışıq aparması üçün sərbəst olduğu da bildirilib. Super Liqa təmsilçisinin Ovusu üçün "Ferentsvaroş"la danışığa başladığı qeyd olunub.
Qana millisinin üzvü 2021-2022 mövsümündə də Türkiyədə çıxış edib. O, "Qarabağ"da oynayarkən "Ankaragücü"nə icarəyə verilmişdi. Həmin vaxt Kvabena 23 oyuna 10 qol vuraraq diqqətləri cəlb etməyi də bacarmışdı.
Qeyd edək ki, Ovusu Kvabena 1 il əvvəl 500 min avroya "Ferentsvaroş"a satılıb. O, Macarıstanda ümumilikdə 29 oyuna 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

