Azərbaycan Premyer Liqasının XIX turunda bu gün "Turan Tovuz"la qarşılaşacaq "Kəpəz"in heyətində itki var.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ehtiram Şahverdiyev cəzalı durumda olduğundan bu gün keçiriləcək oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Qərb derbisi saat 17:30-da başlayacaq.

