Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rusiyada komandam Bojoviçinkindən daha yaxşı idi" – Murad Musayev
    21.01.2024 19:32:15

    "İlk öncə 20 yanvar gününə görə Azərbaycan xalqına başsağlığı verirəm. Oyuna gəlincə, ilk hissə yaxşı alındı. Hər iki komanda hücum edirdi, hər iki tərəf qol vura bilərdi. 2-ci yarıda dinamika çox deyildi, sürət aşağı oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Məncə, stadiona gələn azarkeşlər oyundan razı qaldı".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. O, Premyer Liqanın XlX turunun "Neftçi" ilə (0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

    – Ayaz Quliyev Aleksey İsayevin boşluğunu doldura bildi?
    – Ayaz yaxşı oyun keçirdi. İnanırıq ki, o bunun öhdəsindən gələcək. Amma suala cavab vermək üçün müəyyən müddətə ehtiyac var. 

    – İsayevin gedişinə görə oyun planında nəsə dəyişiklik edəcəksiniz?
    – Xeyr. Bir oyunçuya görə oyun planımızı dəyişmək fikrimiz yoxdur. 

    – Yeni transfer gözlənilir?
    – Hələ ki yox. Heç kimlə danışıqlar aparmırıq. 

    – Miodraq Bojoviçi Rusiyadan yaxşı tanıyırsınız. Ona Rusiyada həmişə qalib gəlmişdiniz, bu gün də uduzmadınız. Bunun hansısa resepti var?
    – Önəmli olan bu gün baş verən hadisələrdir. Hansısa müqayisə aparmaq doğru olmaz. Rusiyada çalışarkən mənim komandam ("Krasnodar"ı nəzərdə tutur – red.) Bojoviçin komandasından daha yaxşı idi, imkanlar daha geniş idi. Amma hazırda eyni gücə malik komandalardayıq. Düzü, ona qarşı neçə dəfə oynadığımı xatırlamıram.

    – "Sabah"da işləməyə başladığınız komanda ilə hazırkı arasında fərq yüksəkdir?
    – Futbolda bu hallar normaldır. Gələnlər də, gedənlər də olur. Müqayisə etmək düzgün deyil. Hər dəfə yenilənmə olur. Avrokuboklarda Coy-Lans Mikels olmadan da necə oyunlar oynamışdıq. Əlimizdə olan heyətlə istədiyimiz nəticələri qazanmağa çalışmalıyıq. Hansısa müqayisə aparmaq doğru deyil.

    – Son dəqiqələrdə hücum xəttində dəyişikliklər etdiniz. Qələbə qazanmaq üçün etdiniz, yoxsa məcburiyyətdən irəli gəlirdi?
    – Qalib gəlmək istəyirdik. Ona görə də dəyişikliklər etdik. Bizim hücum mövqeyində oynayan yaxşı futbolçularımız var. Bəlkə də həmin futbolçuları daha əvvəldən meydana buraxmaq olardı.

    – Oyunlar zamanı sizi emosional görməyə alışmışıq, amma bu gün daha çox təmkinliydiniz. Hakimlik haqda da çox danışmadınız...
    – Xüsusi danışmağa nəsə yoxdur. Hakim bu gün çox da görünmədi.  O, sərt oyuna icazə verirdi. Mənim belə olanda, xoşum gəlir. Sərt mübarizələrə oynamaq imkanı verən hakim haqda nəsə demək olmur. Çalışacağam ki, hər zaman təmkinli və sakit olum.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved