Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Bojoviç kolumbiyalı hücumçu ilə müqavilə bağladıqlarını açıqladı – VİDEO
    21.01.2024 19:00:30

    "İlk növbədə Azərbaycan xalqına 34 ildən əvvəl baş verən hadisələrə görə bağlı başsağlığı verirəm. Oyuna gəlincə, məncə, biz pis oynamadıq. Oyuna yaxşı başladıq, ilk yarıda qol vurmaq üçün imkanlarımız var idi. “Sabah” da qol epizodları yarada bildi. 2-ci yarı da dinamik və maraqlı keçdi. Hər iki komandanın qol imkanı var idi. Məncə, bərabərlik ən ədalətli nəticə oldu".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib. O, Premyer Liqanın XlX turunun "Sabah"la (0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib. Monteneqrolu mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən klubun rəsmi şəkildə açıqlamadığı kolumbiyalı hücumçu Brayan Moreno ilə müqavilə bağladıqlarını təsdiqləyib.

    – Əlinizdəki material hədəfə çatmaq üçün yetərlidir?
    – Biz 2 yeni oyunçu ilə – Alfa Konte və Brayan Moreno ilə müqavilə imzalamışıq. Onlar bizimlədir. Heyətdə 2 zədəlimiz var (Azər Əliyevlə Kilan Lebonu nəzərdə tutur – red.). İndiki heyətdə olan oyunçular yetərli olacaq.

    – Deyirdiniz ki, fiziki hazırlıq sarıdan problemlər var. Bu problemi aradan qaldıra bildiniz?
    – Bu elə də asan həll olunan məsələ deyil. Daha çox vaxt lazım olacaq. Amma komanda ən azından mübariz şəkildə irəliləsə, əvvəlkindən daha yaxşı olacaq. Bu gün meydanda biganə qalan hansısa oyunçunu görmədim. Nəticə onlar üçün önəmli idi. 

    – Hücumda bitiriciliyi olan forvard hələ də çatışmır. Yeni transferiniz Brayan Moreno da bir müddətdir ki, zədəlidir. Yeni hücumçu gələcək?
    – Moreno sağ-salamatdır. Ümid edirik ki, tez bir zamanda oynamağa başlayacaq.

    – Murad Musayevlə Rusiyada bir neçə dəfə fərqli komandaların baş məşqçisi kimi qarşılaşmısınız və heç birində qalib gələ bilməmisiniz. Bu gün də qələbə qazanmaq mümkün olmadı...
    – Muradın Rusiyada çalışdırdığı komanda ən yaxşılardan biri idi. Burada elə deyil. Əlbəttə ki, zarafat edirəm. Murad Musayevə hörmətim var, çox gözəl məşqçidir.

    – Matçdan sonra Ayaz Quliyevlə nə haqda danışdınız?
    – "Arsenal"da 1 il mənimlə çalışıb. Onunla münasibətimiz yaxşıdır. Salamlaşdıq, bir-birimizi təbrik etdik.

    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved