Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Prosport.Az xəbər verir ki, 2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib.
"Bank Respublika Arena"da reallaşan qarşılaşma qolsuz başa çatıb. 29-cu xalını qazanan "Neftçi" 2-ci sıradakı "Zirə"yə çatıb. Meydan sahibləri isə 23 xalla 7-cidir.
Qeyd edək ki, XIX turun digər görüşləri sabah və yanvarın 23-də gerçəkləşəcək.

