"Sabah" klubu heyətinə yeni basketbolçu qatıb.
Prosport.Az xəbər verir ki, son mövsümü NCCA 1 divizionunda mübarizə aparan "Kopin Steyt İqlz" klubunun heyətində keçirən amerikalı basketbolçu KamRon Blu mövsümün sonuna kimi "Sabah"ın heyətində çıxış edəcək. 2.01 sm boya malik 23 yaşlı basketbolçu müdafiəçidir.
Həmçinin, liderlər qrupunda qərarlaşan çempionatın debütantı "Xəzri" 2.10 sm boya malik mərkəz hücumçusu mövqeyində çıxış edən amerikalı basketbolçu ilə müqavilə imzalayıb. 26 yaşlı basketbolçu bundan öncə Slovakiyanın “Komarno” klubunda çıxış edib.

