Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, sonuncu matçda "Sabah" "NTD-İndiqo"nun qonağı olub.
Xaçmazdakı qarşılaşma paytaxt təmsilçisinin 83:79 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular: "NTD-İndiqo"da Qrifin Remi (23 xal, 7 asist), "Sabah"dan Endər Poladxanlı (32 xal, 3 ribaund) olub.
Bu nəticədən sonra "Sabah" çempionatın vahid lideri olub. Meydan sahibləri isə 20 xalla 2-ci sırada qərarlaşıb.

