Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "...rəqibin oyunçusuna qarşı yeri gələndə fol edin" – "Sumqayıt"ın baş məşqçisi
    20.01.2024 22:24:48

    Azərbaycan Basketbol Liqasının XI turunda "Sumqayıt"ı 100:90 hesabı ilə məğlub edən "Xırdalan" komandasının baş məşqçisi Uğur Özdəmir matç haqqında fikirlərini bölüşüb.

    Prosport.Az onun və bu oyunla bağlı digər fikirləri təqdim edir:

    Uğur Özdəmir ("Xırdalan"ın baş məşqçisi): "Bizim üçün kritik bir görüş idi. Çünki pley-off oğrunda mübarizədə əsas rəqiblərimizdən biri ilə qarşılaşırdıq. Matça yaxşı hazırlaşdığımızı düşünürəm. Amma bəzi məqamda oyunçularım lazımi performansı göstərə bilmədi. Biz hücumda öz oyunumuzu oynadıq, lakin müdafiə barəsində eyni sözləri deyə bilmərəm. Rəqibin heyətində 2 nömrəli basketbolçu Leonar Dikson çox gözəl oyun sərgilədi. Bu, oyunda bizi bir az narahat edən məqam idi. Əlavə olaraq gedişatda 20 xallıq fərqin gətirdiyi rahatlıq da öz sözünü dedi. Rəqib bu məqamdan yaxşı istifadə edə bildi. Əks halda sonda hesab fərqi daha böyük ola bilərdi. 

    Bütün oyunçularıma güvənirəm. Nəcəf Babayevə ötən oyunda da startda şans vermişdim. Bu dəfə də ona güvəndim və o bu etimadı doğrultdu. Açığı, Nəcəfdən çox ekstra bir performans idi. Amma nə yalan deyim, gözləyirdim. Belə davam etsə, parket üzərində olduğu dəqiqələri də avtomatik artmış olacaq. Çünki qarşıda bizi kubok oyunları da gözləyir. Orada daha çox yerli basketbolçulara ehtiyac olacaq. Babayevin belə oyunu buna görə də məni çox sevindirir. Ona təşəkkür edirəm".

    Nəcəf Babayev ("Xırdalan"ın basketbolçusu): "Oyun çox gərgin və yüksək tempdə keçdi. Rəqib yaxşı oyun gösdərdi. Biz də komanda oyunu nümayiş etdirdik. Göstərdiyimiz oyun və qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir. Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam".

    Teymur Hüseynov ("Sumqayıt"ın baş məşqçisi): "Oyunla bağlı nə deyə bilərəm ki?! Mudafiədə bərbad təsir bağışladıq. Xüsusən də rəqibin 21 xal toplayan yerli oyunçusunu bağlaya bilmədik. Oyunçularıma deyirəm ki, rəqibin yaxşı çıxış edən basketbolçusuna qarşı sərt oynayın, yeri gələndə fol edin, amma... Demək olar ki, oyunumuz alınmadı. Doğrudur, 3-cü periodda hesab arasındakı fərqi xeyli əritdik, amma sonra yenə də "3-lük"lər səbətimizə "töküldü". Yerli oyunçularımız da imkanlarından aşağı səviyyədə çıxış etdi. Rendallın oyununu bəyəndim, Smitlə Dikson da yaxşı idi. Növbəti oyunlarda nəyi dəyişək? Nəyi dəyişə bilərik ki. Sürətli əks-hücuma çıxmağı məşq edirik. İlk hissədə demək olar ki, qaçmadıq. Bunu bacarsaydıq, nəsə edə bilərdik".

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved