"Neftçi" Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə qarşılaşacağı "Sabah"la oyuna üç itki ilə hazırlaşır.
Prosport.Az xəbər verir ki, matçdan əvvəl keçirilən məşq prosesində Qara Qarayev, Reziuan Mirzov və Emil Balayevdən başqa bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması sabah saat 16:00-da "Bank Respublika Arena"da oynanılacaq.

