Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland l divizionunda XXll tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda “De Qrafşap”ı qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kökçü start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Eyndhoven" 30 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

