Qadın futbol millimizin kapitanı Sevinc Cəfərzadə klubunu dəyişib.
Bu barədə Prosport.Az-a 29 yaşlı yarımmüdafiəçinin özü bildirib.
Rusiyanın "Krasnodar" klubuna məxsus olan oyunçu Səudiyyə Ərəbistanının "İstern Fleyms" komandasına 1 illik icarəyə verilib. Futbolçu artıq 2006-cı ildən yaradılmış klubun təmsil etdiyi Dammam şəhərindədir.
Qeyd edək ki, Sevinc Cəfərzadə 2021-ci ilin martında "Krasnodar"la 3 illik müqavilə imzalayıb. O sonra daha 2 illik yeni müqaviləyə imza atıb.

